Nokia Lumia 1520 - Proqram, oyun və s. yükləmək

background image

Proqram, oyun və s. yükləmək
Pulsuz proqramlar, oyunlar və ya digər məzmun yükləyin və ya telefonunuz üçün məzmunlar satın

alın.
1. Vurun: Mağaza.

2. Təfsilatlarına baxmaq üçün elementə vurun.

3. Element ödənişlidirsə, Al vurun və ya müəyyən müddətə elementi pulsuz sınaqdan keçirmək üçün

Cəhd et vurun. Element pulsuzdursa, Quraşdır vurun.

4. Microsoft hesabınıza daxil olmamısınızsa, indi daxil olun.

5. Göstərilən təlimatlara əməl edin.
Yükləmə tamamlandıqda, siz onları aça və ya onlara baxa və ya digər məzmunları axtarmağa davam

edə bilərsiniz. Məzmun növü elementin telefonunuzda harada saxlanacağını müəyyən edir: musiqi,

videolar və podkastlar Musiqi+Videolar mərkəzində, oyunlar Oyunlar mərkəzində və proqramlar,

proqramlar menyusunda saxlanır.
Elementə dair ətraflı məlumat üçün elementin müəllifi ilə əlaqə saxlayın.

İşarə:Böyük faylları yükləmək üçün Wi

‐Fi bağlantısından istifadə edin.