Nokia Lumia 1520 - Ticarət mərkəzində yolunuzu tapmaq

background image

Ticarət mərkəzində yolunuzu tapmaq
Artıq ticarət mərkəzində hər hansı mağazanı tapmaq üçün o tərəf, bu tərəfə getmək lazım deyil. HERE

Maps labirintə bənzər ticarət mərkəzində və digər böyük binalarda sizə bələdçilik edə bilər.
Bașlama ekranında sola sürüșdürün və HERE Maps vurun.
Bu funksiyadan istifadə etmək üçün siz internetə bağlanmalısınız, və bu zaman daxili xəritəyə giriş

mümkün olacaq. Qapalı yer xəritə məlumatları bütün ölkələrdə və ya regionlarda və ya bütün binalar

üçün mövcud olmaya bilər.
1. Bina xəritədə göstərildikdə, binanın hissələrini (məsələn, ticarət mərkəzinin mağazaları) görənə kimi

böyüdün.

2. Binaya vurun.

İşarə:Binanın hər hansı yeri haqqında məlumata baxmaq üçün yerə və sonra məlumat

qovuqcuğuna vurun.

3. Binanın müxtəlif mərtəbələrinə baxmaq üçün xəritənin sağında mərtəbə nömrələri arasında yuxarı-

aşağı sürüşdürün.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

80

background image

Binalarda müəyyən yerləri tapmaq

Binaya vurun və ekranın aşağısından yuxarısına doğru sürüşdürün. kateqoriyaları göstər vurun və

kateqoriyanı seçin.
Binada müəyyən yeri tapmaq

Binaya vurun və ekranın aşağısından yuxarısına doğru sürüşdürün. Sola məlumat kitabı üzərinə

sürüşdürün və vurun.