Wi-Fi qoşulmaları
Telefonunuz davamlı olaraq mövcud qoşulmaları yoxlayır və buna dair məlumat verir. Bildiriş qısa
müddətdə ekranın yuxarısında görünür. Wi-Fi qoşulmalarınızı idarə etmək üçün bildirişi seçin.
Bașlama ekranında sola sürüșdürün və Parametrlər > Wi-Fi vurun.
Peyk siqnalları mövcud olmadıqda, xüsusən qapalı məkanda və ya iki hündür bina arasında olduqda,
Wi-Fi mövqe təyin edilməsi təyinetmə dəqiqliyini artıra bilər. Telefon parametrlərindən Wi-Fi-ı söndürə
bilərsiniz.
Qeyd: Wi-Fi-dan istifadə bəzi ölkələrdə məhdudlaşdırıla bilər. Məsələn, Aİ-də 5150–5350 MHs
Wi-Fi-dan və ABŞ və Kanadada 5.15–5.25 GHs Wi-Fi-dan yalnız qapalı məkanda istifadəyə icazə
verilir. Ətraflı məlumat üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayın.