Telefonun proqram təminatını yeniləmək
Kompüter tələb olunmur – telefonunuzu simsiz olaraq yeni xüsusiyyətlərlə yeniləyin və
funksionallığını yaxşılaşdırın.
Yeniləməyə başlamazdan əvvəl telefonunuzda kifayət qədər enerji olduğunu yoxlayın.
Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük
həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.
Susmaya görə, məlumat bağlantısı, məsələn, rouminq icazə verdikdə, telefonunuz avtomatik olaraq
mövcud yeniləmələri yükləyəcək. Telefonunuz yeniləməyə dair bildirdikdə sadəcə olaraq telefonun
ekranında göstərilən təlimatlara əməl edin.
İşarə:Proqram yeniləmələri üçün Mağazaya baxın.
Yeniləmənin avtomatik yüklənməsini söndürmək
Məlumat xərclərinizə nəzarət etmək istəyirsinizsə, yeniləmələrin avtomatik yüklənməsini söndürə
bilərsiniz. Bașlama ekranında sola sürüșdürün və Parametrlər > Telefon yenilənməsi vurub
Verilənlər parametrlərim imkan verdikdə yeniləmələri avtomatik yüklə qeyd xanasını silin.