Telefonun avtomatik kilidlənməsini qurmaq
Telefonunuzu icazəsiz istifadədən qorumaq istəyirsiniz? Təhlükəsizlik kodunu təyin edin və
telefondan istifadə etmədikdə onun avtomatik kilidlənməsini təyin edin.
1. Bașlama ekranında sola sürüșdürün və Parametrlər > Kilid ekranı vurun.
2. Parol seçimini Aktiv
təyin edin və təhlükəsizlik kodunu (ən azı 4 rəqəm) daxil edin.
3. Sonra parol tələb et vurun və telefonun avtomatik kilidlənməsi üçün lazım olan vaxtı daxil edin.
Təhlükəsizlik kodunu gizli yerdə və telefondan ayrı saxlayın. Təhlükəsizlik kodunu unutsanız və onu
bərpa edə bilməsəniz və ya kodu bir neçə dəfə səhv daxil etsəniz, telefonunuzu texniki baxışa
aparmanız tələb olunacaq. Əlavə xərclər tələb oluna və telefonunuzda olan şəxsi məlumatlar silinə
bilər. Ətraflı məlumat almaq üçün Nokia Care və ya telefon dilerinizlə əlaqə saxlayın.
Telefonun kilidini açmaq
İşəsalma düyməsini basın, kilid ekranını yuxarı sürüşdürün və təhlükəsizlik kodunu daxil edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
119