NFC
Ətrafınızdakı dünyanı kəşf edin. Qoşulmaq üçün aksesuarlara, zəng etmək və ya veb-saytı açmaq üçün
etiketlərə vurun. Yaxın Sahə Kommunikasiyası (NFC) bağlantı yaratmağı asan və əyləncəli edir.
Bașlama ekranında sola sürüșdürün və Parametrlər > toxun+göndər vurun.
NFC ilə siz aşağıdakıları edə bilərsiniz:
• NFC-ni dəstəkləyən uyğun Bluetooth aksesuarlarına, məsələn, qulaqlıq və ya simsiz dinamika
qoşulun
• toxun+göndər ilə dostlarınızın Windows 8 yüklənmiş telefonuna, kompüter və ya planşetinə
əlaqələri və ya öz şəkillərinizi göndərin
• Telefonunuza məzmun əldə etmək və ya onlayn xidmətlərə daxil olmaq üçün etiketlərə vurun
• Şəbəkə xidməti təminatçınız tərəfindən dəstəklənirsə, ödənişi telefonunuzla edin
NFC sahəsi telefonun arxasında, kameranın yanındadır. NFC sahəsi ilə digər telefonlara, aksesuarlara,
etiketlərə və ya oxuyuculara vurun.
NFC-dən istifadə etməzdən əvvəl ekran və düymələrin kiliddə olmadığını yoxlayın. Xidmət
təminatçınızdan asılı olaraq telefonunuz kilidli olduqda belə ondan ödəniş etmək və ya bilet kimi
istifadə edə bilərsiniz.