Bluetooth-dan istifadə edərək məzmun göndərmək
Məzmun və ya çəkdiyiniz şəkilləri dostunuzla paylaşmaq istəyirsiniz? Şəkillərinizi və ya digər məzmunu
uyğun cihazlara və ya kompüterə göndərmək üçün Bluetooth-dan istifadə edə bilərsiniz.
Siz eyni vaxtda bir neçə Bluetooth bağlantısından istifadə edə bilərsiniz. Məsələn, Bluetooth
qulaqlığından istifadə edərkən digər cihaza fayllar da göndərə bilərsiniz.
1. Bluetooth-un yanılı olduğunu yoxlayın.
2. Göndərmək istədiyiniz məzmuna vurub saxlayın və Paylaş... > Bluetooth vurun.
3. Qoşulmaq üçün cihaza vurun. Siz əhatə dairəsində olan Bluetooth cihazlarından istifadə edin.
4. Digər cihaz parol tələb edirsə, onu yazın. Parol hər iki cihazda daxil edilməlidir. Bəzi cihazlarda parol
sabitdir. Təfərrüatlar üçün cihazın istifadəçi təlimatlarına müraciət edin.
Paroldan yalnız cihaza ilk dəfə qoşulduqda istifadə edilir.