Microsoft Office Mobile
Microsoft Office Mobile ofisdən kənarda sizin "ofisinizdir".
Word sənədlərini və Excel cədvəllərini yaratmaq və redaktə etmək, PowerPoint slaydlarını açmaq və
onlara baxmaq, SharePoint ilə sənədləri paylaşmaq üçün Office mərkəzinə daxil olun.
Siz həmçinin sənədlərinizi Windows SkyDrive-da saxlaya bilərsiniz. SkyDrive bulud yaddaşıdır və siz
ondan telefon, planşet, kompüter və ya Xbox-dan sənədlərə daxil olmaq üçün istifadə edə
bilərsiniz. Sənəd üzərində işi bitirdikdən sonra ona geri qayıtmaq istədikdə hansı cihazdan istifadə
etməyinizdən asılı olmayaraq qaldığınız yerdən davam edə bilərsiniz.
Microsoft Office Mobile aşağıdakılardan ibarətdir:
• Microsoft Word Mobile
• Microsoft Excel Mobile
• Microsoft PowerPoint Mobile
• Microsoft SharePoint Workspace Mobile
• Windows SkyDrive