Nokia Lumia 1520 - Cihazınızı qoruyun

background image

Cihazınızı qoruyun

Cihazınızla, batareya, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər cihazınızın işlək qalmasına yardım

edəcək.

Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb

olan minerallar ola bilər. Cihaz islanıbsa, onun qurumasını gözləmək lazımdır.

Cihazı tozlu və ya çirkli yerlərdə istifadə etməyin və ya saxlamayın.

Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihaza və ya batareyaya zərər vura bilər.

Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər və

bu onu zədələyə bilər.

Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.

İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola

bilər.

Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud davranış onun sınmasına səbəb ola bilər.

Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

127

background image

Cihazı rəngləməyin. Rəng müvafiq əməliyyatlara mane ola bilər.

Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.

Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında və ya

kompüterdə və ya vacib məlumatı yazın.

Uzunmüddətli istifadə zamanı cihaz isinə bilər. Əksər hallarda bu normaldır. Həddən artıq qızmanın qarşısını almaq üçün cihaz

avtomatik olaraq ləngiyə, proqramları bağlaya, enerji doldurulmasını dayandıra və lazım olarsa, öz-özünə sönə bilər. Cihaz düzgün

işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən rəsmi xidmət mərkəzinə aparın.
Təkrar emal

İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın.

Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Cihazın

bütün hissələri material və enerji kimi bərpa edilə bilər. Nokia məhsulunuzu necə dövr etdirəcəyiniz barədə məlumatı

www.nokia.com/recycle ünvanından əldə edin.
X işarəli çarxlı qutu işarəsi

Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün elektrik və

elektronik məhsullar və batareyalar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu məhsulları çeşidləndirilməmiş

bələdiyyə tullantılarına atmayın: onlar təkrar emal üçün götürün. Ən yaxın təkrar emal məntəqəsi üçün yerli tullantıların idarə

edilməsi üzrə qurumla əlaqə saxlayın və ya www.nokia.com/support ünvanına daxil olun. Cihazınızın ətraf mühitə təsiri ilə bağlı

daha ətraflı məlumat üçün www.nokia.com/ecoprofile ünvanına baxın.