Batareya və adapter təhlükəsizliyi
Adapteri və ya aksessuarı ayırmaq üçün şnurdan deyil, ştepseldən tutub çəkin.
Adapter istifadə edilmədikdə onu ayırın. İstifadə edilmədikdə tam doldurulmuş batareya vaxt keçdikcə enerjisini itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın. Kəskin temperaturlar batareyanın gücünü və
istismar müddətini azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Digər yerli qaydalar. Mümkün olduqda batareyanı təkrar emal
etdirin. Ev tullantısı kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, vurmayın, əyməyin, deşməyin və ya başqa formada zədələməyin. Batareya sızması olarsa,
mayenin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyələri dərhal su ilə yuyun və ya
tibbi yardım üçün müraciət edin. Batareyaya müdaxilə etməyin, kənar əşyaları daxil etməyin, suya və ya digər mayelərə salmayın.
Batareyalar zədələnərsə, partlayışa səbəb ola bilər.
Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnış istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun
olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız edə
bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə aparın. Heç vaxt
zədələnmiş batareya və ya adapterdən istifadə etməyin. İldırım çaxması zamanı cihazınızı elektrik mənbəyinə qoşmayın. Adapderi
yalnız qapalı məkanda istifadə edin.