Potensial partlayıcı mühitlər
Potensial partlayış mühitlərində, məsələn, yanacaqdoldurma məntələqinin yaxınlığında cihazınızı söndürün. Qığılcımlar xəsarət
və ya ölümlə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər. Yanacaq məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış
əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış mühiti olan ərazilər aşkar şəkildə qeyd edilir.
Buraya mühərrikin söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda göyərtədən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü
və ya saxlandığı binalar və havada kimyəvi maddələr və hissəciklərin olduğu yerlər daxildir. Maye qazla işləyən avtomobil
istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə edilib edilməyəcəyini soruşun.