Şəbəkə xidmətləri və qiymətlər
Siz cihazınızı yalnız LTE 800, 900, 1800, 2100, 2600; WCDMA 850, 900, 1900, 2100; və GSM 850, 900, 1800, 1900 MHs şəbəkələri.
Ölkənizdən və xidmət təminatçınızdan asılı olaraq LTE şəbəkələrin dəstəyi cihazınızda ləğv edilmiş ola bilərda istifadə edə
bilərsiniz. Xidmət təminatçısına abunə olmalısınız.
Bəzi funksiyalardan istifadə və məzmun yükləmək şəbəkə bağlantısı tələb edir və məlumat xərcləri ilə nəticələnə bilər. Siz
həmçinin bəzi xüsusiyyətlərə abunə olmalısınız.
Mühüm: 4G/LTE şəbəkə xidməti təminatçınız və ya səyahət zamanı istifadə etdiyiniz xidmət təminatçısı tərəfindən
dəstəklənməyə bilər. Bu hallarda zəng etmək və ya zəng qəbul etmək, mesaj göndərmək və ya almaq və ya mobil məlumat
bağlantısından istifadə mümkün olmaya bilər. 4G/LTE xidməti mümkün olmadıqda cihazınızın problemsiz işləməsini təmin
etmək üçün ən yüksək bağlantı sürətini 4G-dən 3G-yə dəyişdirmək tövsiyə olunur. Bunun üçün başlama ekranında sola
sürüşdürün və Parametrlər > Mobil vurun. Ən yüksək bağlantı sürəti seçimini 3G kimi dəyişin.
Əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.