Nokia Lumia 1520 - Albom yaratmaq

background image

Albom yaratmaq
Tədbirə, şəxsə və ya səyahətə görə şəkilləri asanlıqla tapmaq üçün şəkillərinizi, məsələn, mövzuya

görə albomlara yerləşdirin.
Kompüteriniz Mac-dırsa, Mac App Store-dan Windows Phone proqramını quraşdırın.
1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.

2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və şəkillər qovluğunu

seçin.

3. Yeni qovluq əlavə edin, onu adlandırın və qovluğa şəkillər əlavə edin.
Qovluq telefonun Albomlar görünüşündə albom kimi görünür.

İşarə:Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone

proqramından istifadə edə bilərsiniz. Windows 7 ilə onu www.windowsphone.com ünvanından

yükləyə bilərsiniz.

Albomu silmək

Albomu telefondan sildikdə həmin albomda olan şəkillər də silinir. Albomu kompüterinizə

köçürmüsünüzsə, albom və ondakı şəkillər kompüterdə qalır.
Şəkillər > Albomlar vurun. Alboma vurub saxlayın və sonra Sil vurun.
Onlayn albomları telefondan silmək mümkün deyil.