Telefonu simsiz doldurun
Kabellərdən istifadə etməyə ehtiyac yoxdur, sadəcə olaraq cihazınızı simsiz adapterin üzərinə qoyun
və o, dərhal doldurulmağa bașlayacaq.
Telefonun doldurulma sahələri və adapter bir-birinə toxunmalıdır, buna görə də, telefon və adapteri
düzgün yerləșdirin. Telefon modellərinin hamısı bütün adapterlərlə uyğun gəlmir.
Nokia simsiz adapterləri, məsələn, simsiz doldurulma paneli DT-900 ayrıca satılır.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
11
Naqilsiz doldurulma üçün yalnız Qi ilə uyğun adapterlərdən istifadə edin.
1. Simsiz adapter ișlək vəziyyətdə olmalıdır.
2. Telefonunuzu simsiz doldurucuya elə yerləșdirin ki, doldurulma sahələri biri birinə toxunsun.
3. Batareya yüklənən kimi telefonunuzu adapterdən ayırın.
Yükləmə sahəsi ișıqlanır.
Xəbərdarlıq: Adapter və cihaz arasında heç bir əşya olmadığını yoxlayın. Doldurulma sahəsinin
yanında cihazın səthinə heç nə, məsələn, stikerlər yapışdırmayın.
Simsiz doldurulma haqqında ətraflı məlumat üçün adapterin istifadəçi təlimatını oxuyun.