Nokia Lumia 1520 - Məzmunu əvvəlki Nokia Lumia-dan köçürmək

background image

Məzmunu əvvəlki Nokia Lumia-dan köçürmək

Microsoft hesabından istifadə edərək əlaqələrinizi, təqvim və mətn mesajlarını əvvəlki Nokia Lumia-

dan yeni Nokia Lumia-ya köçürün. Siz həmçinin SkyDrive istifadə edərək Office sənədlərini, yeni Nokia

Lumia telefonuna asanlıqla köçürə və ya şəkilləri və videoları Windows Phone proqramı ilə köçürə

bilərsiniz.
Məzmununuzu yeni Nokia Lumia-ya köçürmək üçün sizə Microsoft hesabı lazımdır.
Yeni Nokia Lumia telefonunuzda hələki Microsoft hesabı qurulmayıbsa, başla ekranında sola

sürüşdürün, Parametrlər > E-poçt+hesablar > Hesab əlavə edin vurun və ekranda göstərilən

təlimatlara əməl edərək Microsoft hesabı yaradın.
1. Microsoft hesabında nəyin nüsxəsini çıxartmaq istədiyinizi seçmək üçün əvvəlki Nokia Lumia-da

başla ekranında sola sürüşdürün və Parametrlər > Ehtiyat nüsxə vurun.
Əlaqələriniz və təqviminizin Microsoft hesabında avtomatik olaraq nüsxəsi çıxarılır.
2. Təzə Nokia Lumia-da Microsoft hesabınıza daxil olun və əlaqələriniz, təqvim və mətn mesajlarını

avtomatik olaraq yeni Nokia Lumia-ya köçürülür.
Office sənədlərini köçürmək

Əvvəlki Nokia Lumia-da Office > SkyDrive vuraraq Office sənədlərinizi SkyDrive-da saxlayın. Yeni

Nokia Lumia-da sənədlərə daxil olmaq üçün Office > SkyDrive vurun.