
Şəkilləri və videoları iPhone-dan köçürmək
Şəkilləri və videoları iPhone-dan kompüterinizə köçürmək üçün USB kabelindən istifadə edin və onları
çəkib Nokia Lumia-ya gətirin.
1. iPhone-ı kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
2. Şəkilləri və videoları kompüterinizə uyğun proqram ilə köçürün, məsələn, Windows 7-də AutoPlay.
3. Nokia Lumia-nı kompüterə qoşun. Telefon kompüterinizdə ayrıca qurğu kimi görünür.
4. Elementləri telefonunuzda Pictures və Videoların istədiyiniz altqovluqlarına çəkib gətirin.
Elementləri düzgün altqovluqlara köçürün. Əks təqdirdə, onları telefonunuzda görə bilməyəcəksiniz.
İşarə:Həmçinin iTunes-dan şəkilləri, videoları və musiqini Windows Phone proqramı ilə köçürə
bilərsiniz. Windows PC-də ən son versiyanı yükləmək və quraşdırmaq üçün
www.windowsphone.com ünvanına daxil olun. Kompüteriniz Mac-dırsa, Mac App Store-dan
Windows Phone proqramını quraşdırın.