Outlook məlumatını Android telefonundan köçürmək
Outlook əlaqələrini, təqvim elementlərini və tapşırıqları Android telefonunuzdan Nokia Lumia-ya
köçürmək üçün Microsoft hesabınızdan istifadə edin.
1. Android telefonunu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
2. Kompüterinizdə əlaqələri, təqvim elementlərini və tapşırıqları Android telefonundan kompüterə
sinxronlaşdırmaq üçün Android telefonu üçün sinxronlaşma proqramından istifadə edin və
sinxronlaşma proqramının Outlook-a sinxronlaşdırmasını təyin edin.
3. Outlook-da Microsoft Outlook Hotmail Connector-dan istifadə edərək Microsoft hesabını Outlook-
a əlavə edin. www.office.microsoft.com ünvanına daxil olun, Hotmail Connector-u axtarın və onu
kompüterinizə yükləyin. Siz Hotmail Connector parametrlərini konfiqurasiya etməli ola bilərsiniz.
4. İstədiyiniz məzmunu Outlook-dan Microsoft hesabına sinxronlaşdırın. Məzmunun Microsoft
hesabında görünməsi bir qədər çəkə bilər.
5. Məzmunu yeni telefona idxal etmək üçün siz Microsoft hesabınızla daxil olmalısınız. Telefonunuzda
hesab yaratmaq üçün Parametrlər > E-poçt+hesablar > Hesab əlavə edinvurun və ekranda
görünən təlimatlara əməl edin.
Əlavə məlumat üçün www.windowsphone.com ünvanına daxil olun və Outlook əlaqələrini və təqvimi
Windows Phone-a necə sinxronlaşdırmağa dair tez-tez verilən suallara baxın.