Nokia Lumia 1520 - Microsoft hesabını yaratmaq

background image

Microsoft hesabını yaratmaq
Həyatınıza rəng qatın və telefonunuzdan daha çox faydalanın – Microsoft hesabı yaradın.

Microsoft hesabı yaratmaq üçün sizə İnternet bağlantısı lazımdır. Məlumat ötürülməsi üzrə tarif

planınız yoxdursa, məlumat ötürülməsi üzrə xərclər sürətlə arta bilər. Mümkün məlumat qiymətləri

ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın. İnternetə qoşula bilmirsinizsə,

hesabı daha sonra da yarada bilərsiniz.
1. Telefona SIM kartını daxil edərək onu yandırın.

2. Telefonu quraşdırmaq üçün ekranda görünən təlimatlara əməl edin.

3. Microsoft hesabını yaradın və ya mövcud istifadəçi adı və parolu ilə daxil olun.
İlkin quraşdırma zamanı təcili yardım zəngi etmək üçün vurun: Fövqəladə zəng
Microsoft hesabını daha sonra yaratmaq üçün telefonunuzdan Microsoft proqramı və ya xidmətini

açın. Yaxud başlanğıc ekranında sola sürüşdürün və Parametrlər > E-poçt+hesablar > Hesab əlavə

edin vurun. Hesabınızı İnternetdə yaratmaq və ya parolunuzu sıfırlamaq üçün www.live.com ünvanına

daxil olun.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

14