Nokia Lumia 1520 - Əlaqələri köçürmək

background image

Əlaqələri köçürmək
Ən yaxınlarınız və ən əzizləriniz bir addımlığınızda olsun. Əlaqələrinizi, mesajlarınızı və şəkilləri köhnə

telefonunuzdan asanlıqla köçürmək üçün Məlumatlarımı köçür proqramından istifadə edin. Proqram

bütün telefon modelləri ilə işləməyə bilər.

İşarə:Əgər cihazınız Windows Phone-nun əvvəlki modellərindəndirsə yaxud əlaqələrinizin

nüsxəsini artıq Microsoft hesabında çıxartmısınızsa, siz həmçinin hesabınızı telefonunuza əlavə

edə və əlaqələrinizi telefona birbaşa xidmətdən idxal edə bilərsiniz.
İşarə:Microsoft hesabı yaratdığınızda, əlaqələrinizin avtomatik olaraq nüsxəsi çıxarılır.
Yeni telefonu qurarkən nüsxəsini çıxartdığınız əlaqələri bərpa etmək üçün eyni Microsoft

hesabından istifadə edərək daxil olun. Daha sonra istədiyiniz ehtiyat nüsxəni seçə bilərsiniz.

Köhnə telefonunuz Bluetooth-u dəstəkləməlidir. Köhnə telefonunuzda olan əlaqələr SIM kartda deyil,

telefonun yaddaşında saxlanmalıdır.
1. Köhnə telefonunuzda Bluetooth-u yandırın.

2. Yeni telefonunuzun başlanğıc ekranında sola sürüşdürün və vurun: Məlumatlarımı köçür.

3. davam et vurun və Bluetooth-u yandırın.

4. Tapılmış cihazların siyahısından köhnə telefonunuzu seçin və hər iki telefonda göstərilən

göstərişlərə əməl edin.
Əgər əlaqələriniz yeni telefonunuzun dəstəkləmədiyi bir dildə yazılıblarsa, əlaqə məlumatı düzgün

göstərilməyə bilər.