Nokia Lumia 1520 - Oyun oynamaq

background image

Oyun oynamaq
Telefonunuzda oyun oynamaq əsl sosial təcrübədir. Microsoft-un oyun xidməti Xbox dostlarınızla

oyun oynamağa və oyun hesablarını və nailiyyətlərini izləmək üçün oyun profilinizdən istifadə etməyə

imkan verir. İndi siz onlayn, Xbox konsolunda və ya Oyunlar mərkəzi vasitəsilə telefonunuzda oyun

oynaya bilərsiniz.
Vurun: Oyunlar.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

99

background image

Kolleksiya seçiminə vurun və oyunu seçin. Xbox oyunursa, Xbox hesabınıza daxil olun. Hələ hesabınız

yoxdursa, hesab yarada bilərsiniz. Xbox bütün ərazilərdə mümkün olmaya bilər.

İşarə:Həmçinin sevimli oyunlarınızı başlanğıc ekranına əlavə edə bilərsiniz. Kolleksiya

görünüşündə oyuna vurub saxlayın və Başlanğıca daxil et vurun.

Oyunları yükləmək

Siz Mağazadan yeni oyunlar yükləyə bilərsiniz. Kolleksiya seçiminə sürüşdürüb Əlavə oyunlar əldə

edin vurun.
Oyun oynamaq dəvətini qəbul etmək

Xbox-a daxil olun Bildirişlər seçiminə keçin və dəvətə vurun. Bu oyun sizdə yoxdursa, lakin Mağazada

varsa, siz onun sınaq versiyasını yükləyə və ya tam versiyasını satın ala bilərsiniz.
Oyuna davam etmək

Oyuna qayıtdıqda, oyunun özündə davam etmək üçün nişan olmalıdır. Yoxdursa, ekrana vurun.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

100