Telefonunuzla tanıș olun
Telefonunuzun iki görünüșü var və sizi nə baș verdiyinə dair məlumatlandırır.
Bașlama ekranı və proqramlar menyusuna keçmək üçün sola və ya sağa sürüșdürün.
Bașlama ekranı: Animasiyalı və canlı lövhələr cavabsız zəngləri və alınmıș mesajları, ən son xəbərləri
və hava proqnozlarını və s. göstərir.
Siz lövhəciklərin ölçüsünü dəyișə və onları yenidən təșkil edə, əlaqələri, proqramları, axınları, poçt
qutularını, veb-saytları və digər istədiyiniz elementləri bura daxil edə bilərsiniz. Daxil edilmiș əlaqələrin
yeniləmələri lövhəcikdə göstərilir və siz onların detallarına birbașa bașlama ekranında baxa bilərsiniz.
Proqramlar menyusu: Bütün proqramlarınız burada səliqə düzülüb.
Çoxlu proqramınız var? Axtarıș etmək üçün vurun.
Bu cihazdakı proqram təminatına Microsoft Corporation və ya onun törəmə şirkətlərinə aid Nokia
tərəfindən lisenziya verilmiş proqram daxildir. Windows Phone proqramının lisenziya şərtlərinə daxil
olmaq üçün Parametrlər > Sistem haqqında seçin. Lütfən şərtləri oxuyun. Nəzərə alın ki,
proqramdan istifadə edərək siz şərtləri qəbul edirsiniz. Əgər şərtləri qəbul etmirsinizsə, cihaz və ya
proqramdan istifadə etməyin. Əvəzində, Nokia və ya cihazı satın aldığınız tərəflə əlaqə saxlayın və
onun geri qaytarma siyasətini öyrənin.