Nokia Lumia 1520 - Uşaqlar üçün təhlükəsiz, əyləncəli başlama ekranı yaratmaq

background image

Uşaqlar üçün təhlükəsiz, əyləncəli başlama ekranı yaratmaq
Siz uşaqların təsadüfən iş poçtunuzu silməsindən, onlayn alış-veriş və ya nə isə başqa bir şey

etməsindən ehtiyat etməyərək onların telefondakı bəzi proqramlardan istifadə etməsinə icazə verə

bilərsiniz. Əylənmələri üçün seçilmiş proqramları, oyunları və digər sevimli elementləri başlama

ekranına əlavə edin.

1. Bașlama ekranında sola sürüșdürün və Parametrlər vurun.

2. Vurun: Uşaq otağı.

3. Uşaqların istifadə edəcəyi məzmunu seçin. Həmçinin onların sizin başlama ekranınıza daxil

olmalarının qarşısını almaq üçün parol da qoya bilərsiniz.

İşarə:Uşaqlara öz ekranlarını necə fərdiləşdirə biləcəklərini göstərin. Məsələn, arxa plan şəklini

dəyişmək üçün Fərdiləşdir seçiminə vurun. Başlama ekranında siz normal qaydada lövhəciklərin

yerini və ölçüsünü dəyişə bilərsiniz.
İşarə:Uşaqlara proqramdaxili satınalmalar etməyə, məsələn, oyun xalları almağa icazə vermək

üçün Pul kisəsi PİN kodunu seçin. Hər dəfə satın aldıqda Pul kisəsi PİN kodunu daxil etmək tələb

olunur. Pul kisəsi PİN kodunu təyin etmək üçün başlama ekranında sola sürüşdürün və Pul

kisəsi >

> Parametrlər+PIN vurun. Bəzi satınalmalar bütün yaşlar üçün mümkün olmaya

bilər.

Öz başlama ekranınıza daxil olmaq

İşəsalma düyməsini iki dəfə basın və öz kilid ekranınızda yuxarı sürüşdürün. Parol təyin etmisinizsə,

onu daxil edin.
Uşağın başlama ekranınıa geri qayıtmaq

Öz kilid ekranınızda sola vurun və uşağın kilid ekranında yuxarı sürüşdürün.
Uşağın başlama ekranını söndürmək

Öz başlama ekranınızda sola vurub Parametrlər seçiminə vurun və Uşaq otağı seçimini Qeyri-

aktiv

olaraq təyin edin.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

30