Nokia Lumia 1520 - Kilid ekranını fərdiləşdirmək

background image

Kilid ekranını fərdiləşdirmək
Kilid ekranınızın özünəməxsus görünməsini istəyirsiniz? Məsələn, fona öz şəklinizi əlavə edə bilərsiniz.

Başlama ekranında sola sürüşdürün və Parametrlər > Kilid ekranı vurun.

İşarə:Siz kilid ekranında hansı proqram bildirişlərini, məsələn, cavabsız zəng və ya yeni mesajları

görməyi seçə bilərsiniz. Sadəcə olaraq bildiriş zolağına vurun və əlavə etmək istədiyiniz proqramı

seçin.

Fon şəklini dəyişmək

Şəkli dəyişdir vurun, şəkli seçin, yerləşməsi üçün onu nizamlayın və vurun.

İşarə:Eləcə də, kilid ekranınızda Bing-dən şəkillərin dəyişməsini seçə bilərsiniz. Fon seçimini Bing

kimi dəyişin.

Musiqi səsləndikdə ifaçını göstər

Musiqi ifa olunarkən ifaçını göstər seçimini Aktiv

kimi dəyişin.