Başlanğıc ekranını fərdiləşdirmək
Ən çox istifadə etdiyiniz proqramları başlanğıc ekranında görmək istəyirsiniz? Sevimli proqramlarınızı,
veb-saytları və sairəni başlama ekranına əlavə edə və ya lövhəciklərin istədiyiniz kimi ölçüsünü dəyişə
bilərsiniz.
1. Proqramı əlavə etmək üçün sola vuraraq proqramlar menyusuna keçin.
2. Proqrama vurub saxlayın və sonra Başlanğıca daxil et seçiminə vurun.
Əlaqəni əlavə etmək
Əlaqələr vurun, əlaqəyə vurub saxlayın və sonra Başlanğıca daxil et vurun.
Əlaqələri daxil etdiyinizdə, onların axın yeniləmələri lövhəcikdə göstərilir və siz onlara birbaşa olaraq
başlama ekranından zəng edə bilərsiniz.
Veb-saytı əlavə etmək
Veb-sayta daxil olun və
> Başlanğıca daxil et vurun.
Lövhəciyin yerini dəyişmək
Lövhəciyə vurub saxlayaraq onu yeni yerə çəkin və ekrana vurun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
28
Lövhəciyi silmək və ya ölçüsünü dəyişmək
Ölçüsünü dəyişmək üçün lövhəciyə vurub saxlayaraq ox işarəsinə vurun.
Lövhəciklər kiçik, orta və ya böyük ölçülü ola bilər. Lövhəcik nə qədər böyük olarsa, bir o qədər çox
məlumat göstərər.
Silmək üçün lövhəciyə vurub saxlayaraq vurun.