Mesajlar
Dostlarınızla əlaqədə qalın, onlara mətn və ya multimedia mesajları göndərin və ya söhbət etməyə
başlayın.
Siz mesajları birbaşa olaraq başlama ekranında aça bilərsiniz. Vurun: Mesajlaşma.
Siz müxtəlif mesaj növləri göndərə və ala bilərsiniz:
• Mətn mesajları
• Qoşmaların, məsələn, şəkillərin olduğu multimedia mesajları
• Söhbət mesajları
Siz və müəyyən əlaqə arasında mesajlar söhbət şəklində təşkil olunur.
Əlaqə ilə bağlantı yaratmaq istədikdə telefonunuz ən yaxşı üsulu seçməkdə sizə yardımçı ola bilər.
Əlaqəniz söhbət xidmətinə daxil olubsa, onunla söhbət etməyə başlaya bilərsiniz. Əks təqdirdə, mətn
mesajı da göndərə bilərsiniz.
Məsələn, ailə və ya iş yoldaşlarınızdan ibarət əlaqə qruplarınız varsa, siz qrupa mesaj göndərə
bilərsiniz.
Mesajlaşma parametrlərində telefonunuzun SkyDrive-da mesajların nüsxəsini çıxartmasını qura
bilərsiniz. Yeni Windows Phone cihazı əldə etsəniz, quraşdırma zamanı mesajlarınızı yeni telefonunuza
yükləyə bilərsiniz.
Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun mesajlar iki və daha
çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər. Vurğu və
digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj
çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.
Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük
həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
57